REGİONLAR


Naftalanda Vətən müharibəsi şəhidi Elyəddin Cəfərovun xatirəsi anılıb

Naftalan, 24 may, Elcan Məmmədov, AZƏRTAC

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elyəddin Cəfərovun doğum günü münasibətilə şəhidimizin məzarı ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.

Sonra tədbir şəhər icra hakimiyyətinin məsul əməkdaşlarının, pedaqoji kollektivlərin, şəhid ailələrinin, qazilərin və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə davam etdirilib.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi yad olunub.

Tədbirdə çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini və digər natiqlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfərindən danışaraq, şəhid ailələrinə, qazilərə, döyüş iştirakçılarına ölkə rəhbərliyinin diqqət və qayğısından söz açıblar.

Bildirilib ki, şəhid Elyəddin Cəfərov ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.