REGİONLAR


Naftalanda Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib

Naftalan, 13 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Vətən müharibəsində canlarından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naftalan şəhərində tədbir təşkil olunub. Tədbirdə icra hakimiyyətinin rəhbərliyi, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsi şəhidləri Bəhruz Quliyevin, Fərid Adıgözəlovun, Elyəddin Cəfərovun və Bəxtiyar Aslanovun barelyefləri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən igidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Memorial Kompleksə həkk olunub.

Tədbir iştirakçıları Memorial Kompleksi ziyarət edib, önünə gül dəstələri düzüb, şəhidlərin ruhlarına dualar oxuyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.