REGİONLAR


Naftalanda atletika üzrə şəhər birinciliyinin qalibləri mükafatlandırılıb

Naftalan, 10 aprel, Rauf Hacıyev, AZƏRTAC

Naftalan şəhərində Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Aprel şəhidi kapitan Vaqif Bayramovun xatirəsinə həsr olunan atletika idman növü üzrə yeniyetmələr arasında şəhər birinciliyi keçirilib.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” adlı idman yarışı 2004-2005-ci və 2006-2008-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil edilib.

İlk olaraq şəhərin idman ictimaiyyətindən bir qrup nümayəndə şəhid Vaqif Bayramovun məzarını ziyarət edib, məzarı üstünə tər qərənfillər düzərək əziz xatirəsini anıblar.

Şəhər birinciliyində çıxış edənlər bildiriblər ki, yarışın keçirilməsində məqsəd kapitan Vaqif Bayramovun xatirəsini yad etmək, atletika idman növünə marağı artırmaq və istedadlı idmançıları aşkarlamaqdır.

Sonra yarışlara start verilib, qaliblər Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.