REGİONLAR


Naftalanda bələdiyyəyə 20 üzv seçiləcək

Naftalan, 23 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Respublikanın hər bir bölgəsində olduğu kimi, Naftalanda da bütün məntəqələrdə səsvermə Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq səhər saat 08:00-dan başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından məntəqələrdə seçicilərin aktivliyi müşahidə olunur.

96 saylı Goranboy – Naftalan Dairə Seçki Komissiyası üzrə 5 məntəqə var. Dörd məntəqə Naftalan şəhərində, 1 məntəqə isə Qaşaltı Qaraqoyunlu kəndində fəaliyyət göstərir. DSK üzrə seçici sayı 4800 nəfərdir. 18 yaşı tamam olan 74 nəfər ilk dəfə səs verəcək. Onlardan 7 nəfərin 18 yaşı səsvermə günü tamam olur.

Qeyd edək ki, bu gün Naftalan bələdiyyəsinə 11 üzv seçiləcək. Qeydə alınan namizəd sayı 30-dur. Qaşaltı bələdiyyəsinə isə 26 namizəd arasından 9 üzv seçiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.