İDMAN


Naftalanda cüdoçular və məşqçi-müəllimlər üçün seminar keçirilib

Bakı, 7 oktyabr, AZƏRTAC

Naftalanda cüdoçular və onların məşqçi-müəllimləri üçün seminar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, seminar Azərbaycan Cüdo Federasiyasının regionlarla iş üzrə sektor müdiri Tərlan Poladov, hakimlər komitəsinin sədri Mətin Rəhimli və məşqçilər komitəsinin üzvü Musa İsmayılov tərəfindən keçirilib.

Federasiyanın mütəxəssisləri cüdoçuların tәlim-mәşq prosesi metodikasından danışaraq, mәşqçilәrin yeniyetmә cüdoçularla iş prosesindә sadә hәrәkәtlərdәn başlayıb mürәkkәb hərəkətlərə necә keçmәk qaydasını izah ediblər.

Daha sonra cüdonun yeni texnika və qaydaları həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.