CƏMİYYƏT


Naftalanda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 8 iyun, AZƏRTAC

Naftalan Şəhər Polis Şöbəsinə mağaza sahibləri tərəfindən müraciət olunaraq, bir qadının onların etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə nağd pul və geyim əşyalarını mənimsədiyini bildiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, həmin əməlləri törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini G.Vəliyeva Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.