REGİONLAR


Naftalanda ilk dəfə Adəmalması ağacı əkilib

Naftalan, 8 dekabr, AZƏRTAC

Beynəlxalq turizm mərkəzi olan Naftalanda yaşıllıqların salınması artıq ənənə halını alıb. Son üç ayda şəhərin Heydər Əliyev, Nəriman Nərimanov və Qələbə parklarında, eləcə də prospekt və yol kənarlarında 3200-dən çox ağac əkilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ağacəkmə aksiyaları çərçivəsində əsasən kedra, zeytun, akasiya, kiparis, çinar və Adəmalması ağaclarının əkilməsinə üstünlük verilib.

Naftalan yalnız buraya gələn on minlərlə turist üçün təkcə özünün unikal tərkibə malik nefti ilə deyil, həm də quru və sağlam mikro iqlimi ilə şəfaverici xüsusiyyətə malikdir. Naftalanın bu cür iqlimini formalaşdıran amil isə ərazinin iqlim xüsusiyyətləri və vaxtilə bu kurort şəhərində əkilmiş minlərlə şam ağacıdır. Hazırda planetar miqyasda baş verən qlobal iqlim dəyişmələri səbəbilə son vaxtlar Naftalanda şəhər landşaftının formalaşdırılmasında əsasən yerli şəraitə uyğunlaşan və bol oksigen hasil edən ağacların əkilməsinə üstünlük verilir. Bu cür ağaclardan biri də Adəmalmasıdır.

Qeyd edək ki, Vətəni Avropa qitəsi olan Adəmalması tutkimilər fəsiləsinə aid bitki cinsidir. Yaşıl, yumru meyvələri və enli yarpaqları olan Adəmalması bol oksigen hasilinə görə ən faydalı ağac hesab edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.