REGİONLAR


Naftalanda keçirilən əmək yarmarkasında 28 nəfərə işə göndəriş verilib

Naftalan, 22 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Naftalan Şəhər İcra Hakimiyyətinin və şəhər Məşğulluq Mərkəzi tərəfindən işaxtaran sakinlərin müvafiq iş yeri tapmaq və ya ictimai ödənişli işlə təmin olunma imkanı əldə etmələri məqsədilə əmək yarmarkası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əmək yarmarkasında şəhərdə fəaliyyət göstərən 9 idarə və təşkilatdan 104 boş (vakant) iş yeri təqdim olunub.

Əmək yarmarkasında 140 nəfər işaxtaran şəhər sakini iştirak edib, onlardan 28 nəfərinə daimi işlə təmin olunmaları üçün göndəriş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.