REGİONLAR


Naftalanda reydlər davam etdirilir

Naftalan, 17 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Naftalan Şəhər İcra Hakimiyyəti və Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində ictimai iaşə və ticarət obyektlərində, ərzaq mağazalarında, apteklərdə, o cümlədən ictimai nəqliyyat vasitələrində reydlər keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reydlər keçirilən məkanlarda qapalı yerlərdə tibbi maskalardan istifadə edilməsinin, sosial məsafənin gözlənilməsinin vacibliyi və sanitar-gigiyena qaydalarına riayət olunması, peyvəndləmənin zəruriliyi və əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılıb, eyni zamanda, maskasız vətəndaşlara tibbi maskalar paylanılıb.

Qeyd edək ki, icra hakimiyyəti yanında yaradılmış mobil qruplar tərəfindən şəhər ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin icrasına nəzarət məqsədilə reydlər mütəmadi davam etdirilir, əhali arasında maarifləndirmə işləri həyata keçirilir və xəstəliyə qarşı ən effektli mübarizə vasitəsinin peyvəndlənmə olduğu bildirilir.

Həmçinin Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən olunmuş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları” haqqında, eləcə də tətbiq olunan məhdudiyyətlərlə bağlı mehmanxana subyektlərinin nümayəndələrinə ətraflı məlumat verilib, mehmanxanalarda yaşı 18-dən yuxarı olan şəxslərə göstərilən xidmətlərin yalnız COVID-19 pasportu əsasında həyata keçirilməsi ilə əlaqədar COVID-19 pasportlarının yoxlanılması tələbi onların diqqətinə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.