REGİONLAR


Naftalanda turistlər arasında rəy sorğusu keçirilib

Naftalan, 6 avqust, Elcan Məmmədov, AZƏRTAC

Naftalanda turizm xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə otel və müalicə mərkəzlərində rəy sorğusu keçirilib. Sorğuda şəhərdə istirahət edən və müalicə alan 200-ə yaxın yerli və xarici turist iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan, rus və ingilis dillərində hazırlanmış sorğunun məqsədi otel və müalicə mərkəzlərində xidmət səviyyəsinin yüksəldilməsi, turist məmnuniyyətinin təmin edilməsidir.

Sorğunun nəticəsindən aydın olub ki, bu gün beynəlxalq turizm mərkəzi olan Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaradır. Turistlər şəhərin infrastrukturundan, müalicə aldıqları hotelin yüksək xidmət səviyyəsindən, həm də müalicənin keyfiyyətindən məmnunluqlarını bildirməklə yanaşı, personalın xarici dil biliklərinin artırılmasının, həmçinin asudə vaxtlarının daha səmərəli keçməsi üçün şəhərdə ticarət və əyləncə mərkəzinin olmasının vacibliyini qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.