REGİONLAR


Naftalanda xüsusi karantin müddətində həftəlik onlayn-kouç sessiyaları keçiriləcək

Naftalan, 7 aprel, Rauf Hacıyev, AZƏRTAC

Naftalan şəhərində əhalinin maarifləndirilməsi və əhali arasında koronavirusa yoluxma hallarının minimuma endirilməsi məqsədilə müxtəlif maarifləndirici sosial videoçarxlar hazırlanır və müvafiq tədbirlər görülür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsas məqsəd əhalinin diqqətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına qeyd-şərtsiz əməl etməyə yönləndirməkdir.

Naftalan Şəhər İcra Hakimiyyətinin və Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə həyata keçirilən daha bir sosial layihə - “Master Coach Azerbaijan” beynəlxalq kouçinq və mentorinq məktəbi fəaliyyətə başlayıb. Diskussiyaların həftənin I, III və V günləri saat 11.00-da keçirilməsi nəzərdə tutulub (maraqlananlar Naftalan Şəhər İcra Hakimiyyətinin rəsmi internet saytında, facebook, Instagram səhifələrində və YouTube kanalında izləyə bilər).

“Master Coach Azerbaijan” məktəbinin təsisçisi və biznes-layf kouçu Səbinə Rəhimova bildirib ki, layihənin əsas məqsədi vətəndaşların evdə qaldıqları müddət ərzində sağlam həyat tərzindən və yüksək mənəvi durumdan uzaq düşməmələridir. S.Rəhimova “evdə qal” çağırışına əməl etməklə karantin şəraitində evdə qalan əhalini fürsətdən istifadə etməyə, sağlam həyat və düşüncə tərzinə daha həssaslıqla yanaşmağa çağırıb.

Qeyd edək ki, bu məqsədlə hazırlanan və təqdim olunacaq çarxlarda “üç təsir zonası”, “emosional intellekt”, “karantində vaxtın səmərəli idarə olunması” kimi mövzular açıqlanacaq. Bu mövzularda əsas məqsəd əhaliyə faydalı və tətbiq edilə biləcəyi məlumatları paylaşmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.