REGİONLAR


Naftalanda yeni növ nəqliyyat vasitələrindən istifadəyə önəm verilir

Naftalan, 25 may, Elcan Məmmədov, AZƏRTAC

Naftalan Şəhər İcra Hakimiyyətində “SakuraZ” Holdinqin və “Ezone” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüş zamanı icra başçısı Vüqar Novruzov şəhərin sosial-iqtisadi inkişafı, quruculuq işləri və perspektivlər barədə qonaqlara məlumat verib, həmçinin Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naftalan şəhərinin beynəlxalq turizm mərkəzinə çevrildiyini vurğulayıb.

Qeyd edilib ki, artıq Naftalan şəhərində Wingz elektrikli skuterlərin istifadəsinə başlanılıb və 9 dayanacaq məntəqəsi quraşdırılıb. Mikro mobilliyin inkişafı və tətbiqi istiqamətində atılan addımlarda “SakuraZ” şirkəti fəal iştirak edir. Ən əsası da odur ki, Wingz skuterləri elektriklə çalışdığı üçün ekoloji cəhətdən üstünlük təşkil edir. İnnovativ həllər istiqamətində atılan bu addımlar həm də Naftalan şəhərində yeni növ nəqliyyat vasitələrinin tətbiqini hədəfləyir.

Turistlərin və yerli sakinlərin bir nöqtədən digərinə hərəkət etmək, eləcə də gəzintiləri üçün bu nəqliyyat növündən fəal istifadəsi müşahidə olunur. Şəhər ərazisində, ölkəmizdə ilk və uzunluğu 7 kilometr veloyolun olması skuterlərin istifadəsini daha da əlverişli edir.

Həmçinin söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.