MƏDƏNİYYƏT
“Nağara-2015” festivalında İranın “Lian” musiqi qrupunun çıxışı maraqla qarşılanıb VİDEO
Şəki, 24 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə uğurla davam edən “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının üçüncü günü axşam Yay teatrında tamaşaçılara İranın “Lian” folklor musiqi qrupunun mahnı və ritm kompozisiyalarından ibarət rəngarəng konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl tamaşaçılara qrupun fəaliyyəti və qazandığı uğurlar barədə məlumat verilib. Bildirilib ki, “Lian” qrupu 1993-cü ildə Mohsen Şarifianın rəhbərliyi altında İranın Buşehr şəhərində fəaliyyətə başlayıb. “Lian” bu gün İranın ən tanınmış folklor qruplarından biri hesab olunur. Kollektiv dəfələrlə ABŞ, Fransa, Xorvatiya, İsveçrə, İtaliya, Bolqarıstan və digər ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edib. Qrup “ney-anban” musiqi alətində ən yaxşı ifaya görə 7 dəfə, ən yaxşı muğam ifasına görə 3 dəfə və zərb alətlərində ən yaxşı ifaya görə 3 dəfə yerli və beynəlxalq festivalların mükafatlarına layiq görülüb.
“Lian” musiqi qrupunun təqdim etdiyi ruh oxşayan mahnılar, şən və oynaq ritm kompozisiyaları, ayrı-ayrı musiqi alətlərində solo ifalar tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]