İQTİSADİYYAT


Nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi azalıb

Bakı, 18 fevral, AZƏRTAC

2020-ci il ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların dəyəri 2019-cu ilə nəzərən 6,7 faiz azalaraq 25,9 milyard ABŞ dolları ekvivalentində olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Pul siyasəti icmalı"nda deyilir. Bildirilir ki, il ərzində nağdsız valyuta əməliyyatlarının 86,5 faizi ABŞ dollarında, 13,5 faizi digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 34,7 faizi banklararası valyuta bazarında (BVB), 65,3 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Ötən il BVB-də əməliyyatların 99,5 faizi ABŞ dollarında, 0,5 faizi avroda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının dəyəri 16,9 milyard dollar ekvivalentində olub ki, bunun da 79,7 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 94,2 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 13,3 faiz azalaraq 5,2 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 4,5 milyard dollarını və ya 86,7 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Nağd xarici valyuta alqı-satqısı əməliyyatları əsasən birinci rübə təsadüf edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.