REGİONLAR
Nахçıvаn Şəhər Dövlət Yаnğın Təhlükəsizliyi Şöbəsində nümunəvi məşğələ təşkil edilib
Naxçıvan, 12 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq, Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində “Gündəlik həyat fəaliyyətinin təmin edilməsi, yanğınsöndürmə xidmətinin təşkili və aparılması” mövzusunda nümunəvi məşğələ keçirilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məşğələnin əsas məqsədi növbələrin dəyişdirilməsi, növbətçi yanğınsöndürmə xidmətinin aparılması, yanğınsöndürmə texnika və avadanlıqlarına texniki qulluğun göstərilməsi zamanı tələblərə uyğun fəaliyyəti təşkil etmək, şəxsi heyətin peşə hazırlığı səviyyəsini artırmaq məqsədilə yanğın xilasetmə hazırlığı üzrə normativləri yerinə yetirmək bacarıqlarını təkmilləşdirməkdən ibarət olub.
Məşğələnin sonunda Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin şəxsi heyətinə döyüş və peşə hazırlığının artırılması istiqamətində tövsiyə və tapşırıqlar çatdırılıb.