İDMAN


Nailxan Nəbiyev yeddinci dəfə ağır atletika üzrə Azərbaycan çempionu adını qazanıb

Bakı, 22 fevral, AZƏRTAC

Şüvəlandakı Ağır Atletika Akademiyasında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatına fevralın 22-də yekun vurulub.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) AZƏRTAC-a bildiriblər ki, çempionatda 96 kiloqramadək çəki dərəcəsində kişilərin yarışında Nailxan Nəbiyev toplam 320 kiloqram (145+175) nəticə ilə qızıl medala layiq görülüb. Bu, idmançının ölkə çempionatlarında yeddinci çempionluğudur. İkinci pilləni toplam 317 kiloqram (142+175) nəticə ilə Kamran İsmayılov, üçüncü yeri isə toplam 200 kiloqram (90+110) nəticə ilə Hüseyn Fətəliyev tutublar.

Çempionatda 102 kiloqram çəki dərəcəsində Əli Şükürlü toplam 240 (110+130), 109 kiloqram çəki dərəcəsində isə İsmayıl Qurbanov toplam 323 (135+188) kiloqram nəticə ilə qızıl medallara sahib olublar.

Gənclər və İdman Nazirliyinin və AAAF-ın birgə təşkil etdiyi Azərbaycan birinciliyində ölkəmizin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayıb. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.