SİYASƏT


Naim ul Haq: Pakistan dost və qardaş ölkə olan Azərbaycan ilə əlaqələrə həmişə xüsusi önəm verir

İslamabad, 8 oktyabr, АZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Baş nazirinin siyasi məsələlər üzrə xüsusi köməkçisi Naim ul Haqla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə səfir Pakistan ilə Azərbaycanın yaxın dost və qardaş ölkələr olduğunu bildirib. Diplomat ölkəmizin Pakistan ilə siyasi əlaqələrlə yanaşı, iqtisadi, ticari, müdafiə sənayesi, hərbi və hərbi-texniki, enerji, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Azərbaycanın Pakistana dəstəyini davam etdirəcəyini deyən Ə.Əlizadə ölkəmizdə Pakistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər həssas məsələlərdə Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Naim ul Haq Pakistanın yaxın dost və qardaş ölkə olan Azərbaycan ilə əlaqələrə həmişə xüsusi önəm verdiyini, münasibətlərin daha da inkişafına çalışdığını, iqtisadi, ticari, enerji, sərmayə qoyuluşu sahələrində əməkdaşlığın daha da artırılması üçün səylərin davam etdiriliməsinin mühüm məsələlərdən olduğu bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı səfərlərin artırılması, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.