İDMAN
“Nakhchivan Open-2017” beynəlxalq turnirində dörd şahmatçı liderlik edir
Bakı, 8 may, AZƏRTAC
Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nakhchivan Open-2017” şahmat festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, üç qrupdan (“A”,”B”,”C”) ibarət turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.
“A” qrupunda 9 ölkədən – Azərbaycan, Belarus, Gürcüstan, Bolqarıstan, Almaniya, İran, Rusiya, Türkiyə və Özbəkistandan 47 şahmatçı, o cümlədən FIDE adlarının sahibi olan 42 şahmatçı iştirak edir.
5 turdan sonra “A” qrupunda hər biri 4 xal toplamış Azərbaycan şahmatçıları Eltac Səfərli, Misrəddin İsgəndərov, Ülvi Sadıqov və Belçika nümayəndəsi Vadim Malaxatko liderlik edirlər. Nikita Mayorov (Belarus), Sergey Volkov (Rusiya), İqor Henkin (Almaniya), habelə Vüqar Əsədli, Nicat Abbasov və Azər Mirzəyevin hər birinin aktivində 3,5 xal var, 10 şahmatçı hərəyə 3 xal toplayıb.
“B” qrupunda 92 iştirakçı (onların ikisi FIDE adlarının sahibidir), “C” qrupunda 159 şahmatçı mübarizə aparır.
“A” turnirinin birinci mükafatı 5 min dollardır.