İDMAN


Namiq Əliyev: Güləşçilərimiz dünya çempionatına tam hazırdırlar

Bakı, 12 oktyabr, AZƏRTAC 

Səkkiz gündən sonra güləş üzrə dünya çempionatı başlayacaq. Çempionata tam hazırıq. Komandalarımıza təcrübəli güləşçilərlə yanaşı, gəncləri də cəlb etmişik. Gənclər arasında dünya çempionu olan və gümüş medal qazanan güləşçiləri əsas heyətdə sınaqdan keçirmək istəyirik. Macarıstana – dünya çempionatına gənc heyətlə yollanacağıq. Olimpiada üçün hədəflərimiz var. Ona görə də gəncləri sınamaq fikrindəyik.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsini icra edən Namiq Əliyev oktyabrın 12-də güləş üzrə milli komandalarımızın açıq məşqi zamanı jurnalistlərə müsahibəsində deyib.

Azərbaycan güləşçilərinin beynəlxalq yarışlarda daim uğurla çıxış etdiklərini vurğulayan N.Əliyev bildirib: “Güləş idmanında həmişə yaxşı nəticələr olub. Baxmayaraq ki, heyətdə kifayət qədər gənc güləşçilər var, hesab edirəm ki, bu dəfə də istisna olmayacaq. Ümumilikdə pəhləvanlarımız yaxşı formadadırlar, əhval-ruhiyyə də yüksək səviyyədədir.

Böyük perspektiv vəd edən gənc güləşçilərimiz var. Ancaq onların adlarını açıqlamaq istəmirəm. Çünki adlarını çəkən kimi, bütün dünyanın nəzərləri dərhal onlara yönəlir. Həmin gənclər özlərini mütləq Olimpiya Oyunlarında göstərəcəklər. Toğrul Əsgərovun London Olimpiadasında sürpriz qələbəsini təkrarlayacaq güləşçilərimiz var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.