İDMAN
Nancinqdə yeniyetmələrin ikinci Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olub VİDEO
Nancinq, 16 avqust (AZƏRTAC). Çin Xalq Respublikasının (ÇXR) Nancinq şəhərində yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Mərasimdə ÇXR Prezidenti Si Cinpin, BMT-nin baş katibi Pan Gi Mun, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, bir neçə ölkənin dövlət başçısı, rəsmi nümayəndə heyətləri iştirak edib.
Azərbaycan nümayəndə heyəti mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun rəhbərliyi ilə nümayəndə heyəti ilə təmsil olunub.
Açılış mərasimi Çin və BOK bayraqlarının qaldırılması, iştirakçı ölkələrin təqdimatı ilə davam edib. Qədim İpək Yolunu simvolizə edən möhtəşəm şou açılış mərasiminin maraqlı hissəsi olub.
Sonda Olimpiya məşəli alovlandırılıb.
Xatırladaq ki, ümumilikdə, 204 ölkədən 3700-dən çox idmançının 28 növdə medallar uğrunda mübarizə aparacağı Nancinq Olimpiya Oyunları avqustun 28-dək davam edəcək.
Azərbaycan “Nancinq-2014”də idmanın 7 növü üzrə 19 nəfərlik heyətlə təmsil olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Nancinq