ELM VƏ TƏHSİL


Nant şəhərindəki “Qarabağ” məktəbində Anım Günündən bəhs olunub

Bakı, 27 sentyabr, AZƏRTAC

Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbində 27 sentyabr – Anım Gününə həsr olunmuş dərs keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərsdə şagirdlər ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan qəhrəman şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Masalarının üzərinə güllərin düzüldüyü və şamların yandırıldığı, qəhrəman şəhidlərin fotolarını köynəklərində daşıyan şagirdlərə bir il bundan öncə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən əldə olunmuş parlaq Qələbə, həmin tarixi günə aparan 27 sentyabrda baş verənlər barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, xalqımız və dünyadakı azərbaycanlılar Vətənimizə böyük xidmət göstərən qəhrəmanlarımızın fədakarlığını heç bir zaman unutmayacaqlar.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.