SİYASƏT


Nantda “Qarabağ” məktəbinin şagirdləri Ermənistanın mina xəritələrini verməməsinə etiraz aksiyası keçiriblər

Paris, 25 aprel, AZƏRTAC

Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” məktəbinin şagirdləri şəhərin rəmzi məkanlarında Ermənistanın azad edilmiş ərazilərimizdə yerləşdirdiyi minaların xəritəsini verməməsinə və müharibə cinayətini davam etdirməsinə qarşı etiraz aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, Nantdakı Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) təşəbbüsü və təşkilatçılığı ilə Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməməsinə etiraz əlaməti olaraq aksiya təşkil edilib.

Aksiyada Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri fəal iştirak edərək, #ArmenianWarCrimes həştəqi ilə “Minalanmış ərazilərin xəritəsini istəyirik!”, “Minalar Azərbaycanlı məcburi köçkünlərin evlərinə dönməsinə maneə olur”, “Minalar insanları öldürür” kimi plakatlarla şəhər sakinlərini Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı məlumatlandırıblar.

Həmçinin “Qarabağ” məktəbinin şagirdləri Nant şəhər meriyası qarşısında və digər administrativ binaların qarşısında aksiya keçiriblər. Məktəblilər Ermənistanın beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu diqqətə çatdırmağa çalışıblar. Azərbaycanlıların doğma evlərinə qayıdaraq yaşamaq hüquqlarının erməni tərəfindən pozulmasına diqqəti cəlb ediblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Nant 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.