İDMAN


Naomi Osaka ikinci dəfə Australian Open turnirinin qalibi olub

Bakı, 20 fevral, AZƏRTAC

Yapon tennisçi Naomi Osaka karyerasında ikinci dəfə Avstraliya açıq çempionatının (Australian Open) qalibi olub.

AZƏRTAC xəbər verir ki, bu gün qadınlar arasında keçirilən final qarşılaşmasında Osaka ABŞ tennisçisi Cennifer Brediyə iki setdə qalib gəlib (6:4, 6:3).

Naomi Osaka, həmçinin “Böyük dəbilqə” seriyasından olan ABŞ açıq çempionatının da ikiqat qalibidir (2018 və 2020).

Xatırladaq ki, Avstraliya açıq çempionatının kişilər arasında final görüşü fevralın 21-də keçiriləcək. Rusiyalı Daniil Medvedev turnirin səkkizqat qalibi serb Novak Cokoviclə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.