İDMAN


Naomi Osaka karyerasında ikinci dəfə “US Open” turnirinin qalibi olub

Bakı, 13 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 12-də tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində (US Open) qadınlar arasında final görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, ümumi mükafat fondu 54,4 milyon dollar olan turnirin həlledici görüşündə Yaponiya tennisisçisi Naomi Osaka və belaruslu Viktoriya Azarenko üz-üzə gəlib.

Görüş yaponiyalı idmançının qələbəsi ilə başa çatıb - 1:6, 6:3, 6:3.

İyirmi iki yaşlı tennisisçi karyerasında ikinci dəfə “US Open” turnirinin qalibi adını qazanıb.

O, sonuncu dəfə 2018-ci ildə bu titula yiyələnib.

Bu titulun son qalibi kanadalı tennisçi Byanka Andresku olub.

Qeyd edək ki, yarımfinal mərhələsində Naomi ABŞ idmançısı Jennifer Bredini (6:7, 6:3, 3:6), Viktoriya Azarenko isə turnirin altıqat qalibi Serena Vilyamsı (6:7, 6:3, 3:6) məğlub edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.