İDMAN


“Napoli” “PSV Eyndhoven”in hücumçusu İrvinq Lozanonu transfer edib

Roma, 25 avqust, AZƏRTAC

“Napoli” Hollandiyanın “PSV Eyndhoven” klubunun 24 yaşlı meksikalı hücumçusu İrvinq Lozanonu 40 milyon avro qarşılığında transfer edib.

AZƏRTAC İtaliyanın “calcionapoli24” saytına istinadla xəbər verir ki, “Napoli”nin baş məşqçisi Karlo Ançelotti futbolçu haqqında bunları söyləyib: “İ.Lozano sol cinahda, hücumun arxasında, bəzən isə sol cinahda oynaya bilər. O, hərtərəfli oyunçudur”.

İ.Lozano Hollandiya çempionatının 2017-2018-ci il mövsümündə “PSV Eyndhoven”in əzəli rəqibi “Ayak”sın məğlub olmasında böyük rola malikdir.

Bildirilir ki, Meksika millisinin formasını 35 dəfə geyinən futbolçu Rusiyada keçirilən futbol üzrə 2018-ci il Dünya Çempionatının qrup mərhələsində Almaniya komandasının qapısına vurulmuş yeganə qolun müəllifidir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.