İDMAN
“Napoli”-“Milan” oyunu heç-heçə başa çatıb
Bakı, 13 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 12-də futbol üzrə İtaliya A Seriyasının 32-ci turunun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, “Napoli” klubu öz meydanında “Milan” komandasını qəbul edib. “San Paolo” stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib - 2:2. Matçda hesabı qonaqlar 20-cı dəqiqədə açıb. Teo Hernandez “Milan”nın ilk qolunu vurub. Jovani Di Lorenzo 34-cü dəqiqədə hesabı bərabərləşdirib. Qarşılaşmanın 60-cı dəqiqəsində Dris Mertens meydan sahiblərini hesabda önə çıxarıb. Qarşılaşmanın 73-cü dəqiqəsində “Milan” hesaba tarazlıq gətirib. Frank Kessi penaltini dəqiq yerinə yetirməsi ilə “Milan”ı məğlubiyyətdən qurtarıb.
“Napoli” 32-ci turdan sonra 56 xal toplayaraq beşinci, “Milan” 50 xalla altıncı yerdə qərarlaşıb.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
“Genoa” - SPAL - 2:0;
“Kalyari” - “Leççe” - 0:0;
“Fiorentina” - “Hellas Verona” - 1:1;
“Parma” - “Bolonya” - 2:2;
“Udineze” - “Sampdoriya” - 1:3.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]