İDMAN


“Napoli” tarixinin ən bahalı transferini reallaşdırıb

Bakı, 23 avqust, AZƏRTAC

İtaliyanın “Napoli” futbol klubu Hollandiyanın PSV komandasının meksikalı hücumçusu Hirvinq Lozano ilə müqavilə imzalayıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.

İyirmi dörd yaşlı futbolçu ilə müqavilə beş il müddətinə nəzərdə tutulub və transferin məbləği 40 milyon avrodur. Bu, klubun tarixində ən bahalı transfer hesab olunur.

Lozano 2017-ci ildən PSV-də oynayır. Hollandiya klubunun tərkibində meksikalı hücumçu 2018-ci ildə ölkə çempionu olub. Futbolçu komandada, ümumilikdə 79 oyun keçirib, 40 qol vurub və 23 məhsuldar ötürmə edib.

O, Meksika millisində 35 matç keçirib və 9 qol vurub. Forvard milli komandanın heyətində Rusiyada keçirilən dünya çempionatının səkkizdəbir finalına yüksəlib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.