ELM VƏ TƏHSİL


Naqif Nəbiyevin xatirəsinə həsr olunmuş olimpiadanın final turunda 50 şagird iştirak edib

Bakı, 13 oktyabr, AZƏRTAC

Təhsil İnstitutu tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində 8-9-cu sinif şagirdləri arasında görkəmli alim, uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri olmuş Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş olimpiadanın final mərhələsi keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqənin birinci mərhələsi oktyabrın 5-də virtual formada qapalı tipli test sualları əsasında təşkil olunub. Ən yaxşı nəticə göstərən 50 şagird final mərhələsinə dəvət edilib. Finalda şagirdlərə 5 açıq tipli sual və 2 saat 30 dəqiqə vaxt verilib. Yazı işlərinin yoxlanılması prosesindən sonra ən yaxşı nəticə göstərən şagirdlərə 3 qızıl, 6 gümüş, 9 bürünc medal və sertifikatlar təqdim ediləcək. Onlar, həmçinin beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunacaqlar.

Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlərin fizika fənninə maraqlarının artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.