İQTİSADİYYAT


“Nar Mobile” abunəçilərinə “Limitsiz” tarif təklif edir

Bakı, 12 yanvar, AZƏRTAC

“Nar Mobile” mobil operatoru abunəçilərinə “Limitsiz” tarif təklif edir.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, tarifə qoşulmuş “Nar” istifadəçiləri limitsiz şəbəkədaxili dəqiqələr və gündəlik 100 SMS-dən zövq alacaqlar. "Limitsiz" tarifinə qoşulmaq çox bəsitdir. Bunun üçün Limitsiz yazaraq 777 nömrəsinə mesaj göndərmək və yaxud *777#111#YES şifrəsini yığmaq kifayətdir. Tarif çərçivəsində qalıq borcu *777#52#YES kodunu yığmaqla yoxlamaq olar. Təqdim olunan bonus qalığı barədə məlumat üçün telefonun ekranında *777#51#YES, cari tarifi öyrənmək üçün isə *777#230#YES şifrəsini yığmaq lazımdır.

Əlavə məlumatı “Nar Mobile” mobil operatorunun rəsmi İnternet səhifəsindən əldə edə bilərsiniz: https://www.narmobile.az/az/pages/default/pageName=tariff_catalog&id=105/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.