İQTİSADİYYAT


“Nar Mobile” tərəfindən təqdim olunan “Asan imza” xidmətinin əhatə dairəsi genişləndirilir

Bakı, 9 sentyabr (AZƏRTAC). Azərbaycanda fəaliyyət göstərən “Nar Mobile” mobil operatoru abonentlərə təqdim etdiyi “Asan imza” xidmətinin əhatə dairəsini genişləndirir.

“B.est Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, “Asan imza” SIM kartlarını Vergilər Nazirliyinin Bakı şəhəri, Mirəli Qaşqay küçəsi, 56 ünvanında yerləşən Vergi Ödəyicilərinə Xidmət Mərkəzində (195 Çağrı Mərkəzi), eləcə də Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən “Nar dünyası” satış mərkəzlərində əldə etmək və ya aktivləşdirmək olar.

“Asan imza” mobil elektron imza – mobil telefondan rəqəmsal şəxsiyyət vəsiqəsi və imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. Bu texnologiyanın ən üstün cəhətlərindən biri smart kartın oxunması üçün əlavə qurğu və proqram təminatından istifadəyə ehtiyacın olmamasıdır. Xidmətdən yararlanmaq üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.

Ətraflı məlumatı www.asanimza.az saytında əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.