CƏMİYYƏT


Nardaran qəsəbə sakinində silah aşkarlanıb

Bakı, 2 aprel, AZƏRTAC 

Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması məqsədilə əməliyyat tədbiri həyata keçiriblər. Əməliyyat nəticəsində Nardaran qəsəbə sakini Taleh Xudaverdiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun qəsəbədəki evinin həyətində aparılan axtarış zamanı torpağa basdırılmış bir ədəd “Makarov” markalı tapança, patron darağı və yeddi patron aşkarlanaraq maddi sübut kimi götürülüb.

T.Xudaverdiyev ifadəsində odlu silah-sursatı 2015-ci ildə dəniz kənarından tapdığını və həmin gündən bəri polisə təhvil verməyərək gizlətdiyini bildirib.

Faktla bağlı T.Xudaverdiyev barəsində 42-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.