CƏMİYYƏT
Nardaran qəsəbə sakinindən silah-sursat və dörd xəncər aşkarlanıb VİDEO
Bakı, 11 aprel, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması məqsədilə növbəti əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində Nardaran qəsəbəsi sakini əvvəllər məhkum olunmuş Rəşad Xudaverdiyev saxlanılıb. Onun qəsəbə ərazisində yerləşən evinin həyətində axtarış aparılan zaman lüləsi və qundağı kəsilmiş tüfəng, idman tapançası və dörd xəncər aşkarlanaraq götürülüb. Götürülən silah və xəncərlər ekspertizaya göndərilib.
Faktla bağlı R.Xudaverdiyev barəsində 42-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]