CƏMİYYƏT


Nardaran qəsəbə sakininin evində silah aşkarlanıb

Bakı, 9 aprel, AZƏRTAC

Sabunçu rayonunun Nardaran qəsəbə sakininin evində silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 42-ci polis bölməsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Nardaran qəsəbəsi sakini, əvvəllər məhkum olunmuş R.Xudaverdiyevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçiriblər. Əməliyyat nəticəsində evin zirzəmisindən lüləsi və qundağı kəsilmiş “İJ-57” markalı ov tüfəngi, idman tapançası və dörd xəncər aşkarlanaraq götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.