CƏMİYYƏT
“Nar”ın dəstəklədiyi “Breyn-rinq” intellektual bilik yarışlarının səkkizinci mövsümü davam edir
Bakı, 9 oktyabr, AZƏRTAC
“Nar”ın ənənəvi olaraq dəstək verdiyi “Breyn-rinq” intellektual bilik yarışlarının səkkizinci mövsümü davam edir. Yarışlarda respublikanın 16 bölgəsi və 8 ali məktəbini təmsil edən 34 komanda mübarizəsi aparır.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Breyn-rinq” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi müsabiqə keçirilir. Belə ki, verilişin yayımı zamanı “Nar”ın “twitter” səhifəsində qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. “Breyn-rinq” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”dan hədiyyə qazanmaq şansı əldə edirlər.
Ətraflı məlumatı “@salamnar” “twitter” hesabından əldə etmək mümkündür.