REGİONLAR


“Narıncı” layihəsi cənubda

Lənkəran, 1 fevral, İlkin Adıyev, AZƏRTAC

Cənub gəncləri üçün “Narıncı” layihəsi rəsm müsabiqəsi keçirilib. Layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı reallaşdır - 2022” qrant müsabiqəsinin qalibidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Zəfər tablosu” mövzusunda keçirilən layihədə cənub bölgəsində yaşayan gənc rəssamlar iştirak ediblər.

Çıxışlarda Gənclər Fondunun gənclər üçün yaratdığı imkanlardan söz açılıb, layihənin məqsədi haqqında ətraflı məlumat verilib.

Cənub bölgəsinin müxtəlif rayonlarından 44 gəncin iştirak etdiyi rəsm müsabiqəsində iştirakçıların çəkdiyi rəsmlər münsif heyəti tərəfindən qiymətləndirilib.

Qaliblərə kubok, diplom və hədiyyələr, digər iştirakçılara isə sertifikat, həmçinin hədiyyələr təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.