CƏMİYYƏT
Narkomaniya əleyhinə yeni sosial çarx nümayiş etdirilir VİDEO
Bakı, 14 yanvar, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış “Narkomaniyanın hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin!” adlı yeni sosial çarxın “Metropark” ticarət və əyləncə mərkəzində nümayişinə başlanıb.
AZƏRTAC xəbər verir ki, çarx Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar hazırlanıb. Sosial çarx narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə yaradılıb. Çarxın hazırlanmasında tanınmış şəxslər və idman ustaları da yaxından iştirak ediblər.
Yeni sosial çarx yanvarın 13-dən “Metropark” ticarət və əyləncə mərkəzinin bütün monitorlarında nümayiş olunur.