REGİONLAR


Narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcu olmalıdır

Ağsu, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Ağsuda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər və qarşıda duran təxirəsalınmaz vəzifələrə həsr olunan tədbir keçirilib. Uşaq Gənclər İnkişaf Mərkəzində təşkil olunan tədbirdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə və Şəxsi Heyətlə İş idarələrinin, Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ağsu rayon komissiyasının üzvləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti başçısının birinci müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Füzuli Kərimli tədbiri açaraq, narkomaniya ilə mübarizənin bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O, bu istiqamətdə rayonda görülən işlər barədə ətraflı məlumat verib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Seymur Quliyev və digər çıxış edənlər bu təhlükəli bəlanın dəhşətli fəsadlarından danışıb, respublikamızda mövcud vəziyyət barədə məlumat veriblər. Çıxışlarda narkomaniyaya qarşı aparılan mübarizədən danışılıb, qarşıda duran vəzifələrdən bəhs edilib. Xüsusilə diqqətə çatdırılıb ki, bu gün narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcu olmalıdır.

Tədbirdə mövzu ilə əlaqədar müzakirələr aparılıb, təkliflər səsləndirilib, suallar cavablandırılıb.

Sonda narkomaniya probleminə dair ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda treninq keçirilib.

Treninqlərdə iştirakçılara Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar və zəruri əyani vəsaitlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.