REGİONLAR


Narkomaniya və digər zərərli vərdişlər insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradır

Masallı, 21 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərindəki “Dəfinə” məktəb-liseyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən “Dəfinə” məktəb-liseyinin direktoru Taleh Əkbərov cəmiyyətdə zərərli vərdişlərin və radikalizmin törətdiyi fəsadlardan danışıb.

Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov çıxışında narkomaniya və digər zərərli vərdişlərin insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu bildirib.

DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən söhbət açaraq, bu cür bəlalarla mübarizədə ictimai qınağın önəmini, belə halların qarşısının alınmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyətin düşdüyünü diqqətə çatdırıb.

Rayon Təhsil Şöbəsinin metodkabinetinin müdiri Bəybala Xəlilov və başqaları çıxışlarında zərərli vərdişlərlə və radikalizmlə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılmasının əhəmiyyətini vurğulayaraq, bu sahədə kitabxanaların, idman təşkilatlarının, eləcə də ictimaiyyətin rolunu qeyd ediblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.