CƏMİYYƏT


“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar “BakuBus” avtobuslarında nümayiş olunur

Bakı, 26 iyun, AZƏRTAC

“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar iyunun 24-dən etibarən üç gün müddətində Bakı Nəqliyyat Agentliyinin elektron informasiya terminallarında (VMS) nümayiş olunur.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, şüar 26 iyun-Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə göstərilir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Nəqliyyat Agentliyinin birgə əməkdaşlığı çərçivəsində 26 iyun-Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar isə iyunun 25-dən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında mövcud olan monitorlarda nümayiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.