MƏDƏNİYYƏT
“Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı virtual sərgi açılıb
Bakı, 23 iyun, AZƏRTAC
Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı virtual sərgi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə mövzu ilə əlaqədar fotolar, kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, ölkə ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biridir.