CƏMİYYƏT


“Narkomaniyaya qarşı mübarizədə mədəniyyət müəssisələrinin rolu” mövzusunda seminar keçirilib

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 10-da Ağcabədi rayonunda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Ağcabədi Regional Mədəniyyət İdarəsi ilə birgə “Gənc mədəniyyət işçilərinin kreativ koordinasiya qrupu”nun üzvləri arasında “Narkomaniyaya qarşı mübarizədə mədəniyyət müəssisələrinin rolu” mövzusunda seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, Ağcabədi rayon Tarix-Diyarşünaslıq muzeyində keçirilmiş tədbirin məqsədi sağlam gənc nəslin yetişdirilməsi, narkomaniyaya qarşı mübarizə və gənclər arasında təbliğat işlərinin aparılması, həmçinin milli şüurun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin aşılanmasıdır.

Tədbiri Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quliyev açaraq, qeyd edib ki, regionun mədəniyyət müəssisələri, həmçinin kitabxanalar narkomaniyaya qarşı müxtəlif tədbirlər və aksiyalar keçirir.

Mərkəzin elmi katibi Cavid Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na əsasən Mədəniyyət Nazirliyi tərəfindən görülən və görüləcək işlərdən bəhs edib.

Mərkəzin əməkdaşları Ceyhun Əhmədov “Narkomaniya – gənclərin mübarizə istiqaməti kimi”, Elnur Hacıbabayev “Gənc mədəniyyət işçilərinin narkomaniyaya qarşı mübarizədə rolu”, Rəfiqə Nəsirova “Çərçivədən kənar” təbliğat xarakterli mövzusunda məruzələri ilə çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son vaxtlar gənclərin zərərli vərdişlərə meylinin artması olduqca narahatlıq doğurur. Bu problemdən çıxış yolu ancaq gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, problemə müasir formada yanaşma tərzi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsidir.

Məsələ ilə bağlı metodiki vəsaitlər və xalq teatrlarında yeni təbliğat xarakterli tamaşaların hazırlanmasına dair təkliflər səsləndirilib. Mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb. Seminar interaktiv şəkildə davam etdirilib.

Seminarın fəal iştirakçıları sertifikatlarla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.