MƏDƏNİYYƏT


“Narkomaniyaya yox deyək!” adlı videoçarx hazırlanıb

Bakı, 25 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Kürdəxanı qəsəbə Mədəniyyət evi Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Narkomaniyaya yox deyək!” adlı videoçarx təqdim edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda mövzu ilə bağlı məlumat verilib. Qeyd edilib ki, ötən yüzilliyin bəlalarından sayılan narkomaniya, təəssüflər olsun ki, XXI əsrdə də qlobal problemlər sırasında qalmaqdadır.

Narkomanlığın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı, əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Ümumiyyətlə, BMT-nin hesablamalarına görə, bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir.

Hazırda dünyada 2 milyondan artıq narkoman var ki, onların bir qismini kişilər və qadınlar, digər qismini isə gənclər və uşaqlar təşkil edir. Gənclərdə üzə çıxan narkomaniyanın əsası yeniyetməlik dövründən başlayır.

Videoçarx mədəniyyət evinin sosial hesablarında izləyicilərə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.