CƏMİYYƏT


“Narkomaniyaya yox deyirik!” adlı növbəti fləşmob Gəncədə keçirilib

Bakı, 24 iyun, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə 26 iyun BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Gününə həsr olunmuş “Narkomaniyaya yox deyirik!” adlı fləşmob keçirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Meydanında keçirilən fləşmobda partiyanın fəal üzvləri yaxından iştirak ediblər. Dörd minə yaxın gəncin iştirakı ilə təşkil olunan fləşmobda “Narkomaniyaya yox deyirik!” şüarı canlandırılıb.

Qeyd edək ki, fləşmob Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və Narkomanlığa və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında imzalanan tədbirlər planına uyğun olaraq hazırlanıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.