CƏMİYYƏT
Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının icrası ilə bağlı tədbirlər keçiriləcək
Bakı, 18 noyabr, AZƏRTAC
Narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, davamlılığının təmin edilməsi, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin fəsadları haqqında məlumatlılığın artırılması məqsədilə noyabrda bir sıra şəhər və rayonlarda silsilə tədbirlər təşkil olunacaq.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirlər Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq keçiriləcək.
Maarifləndirmə xarakterli tədbirlər Dövlət Komissiyasının İşçi Qrupu ilə Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, İsmayıllı, Qəbələ, Zaqatala, Balakən şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Eyni zamanda, tədbirlər çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara paylanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]