CƏMİYYƏT


Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair onlayn konfrans keçirilib

Bakı, 30 iyun, AZƏRTAC

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş Nazirin müavini Əli Əhmədovun müvafiq göstərişinə əsasən iyunun 30-da Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı, Komissiyaya üzv olan qurumların məsul əməkdaşlarının, şəhər, rayon komissiyalarının sədrlərinin iştirakı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda onlayn konfrans keçirilib.

Dövlət Komissiyasının İşçi Qrupundan AZƏRTAC-a bildiriblər ki, videokonfransda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Ədalət Vəliyev, Respublika Narkoloji Mərkəzinin direktoru Orxan Cəfərov, Dövlət Gömrük Komitəsinin şöbə rəisi Elvin Hüseynxanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev mövzu ətrafında çıxış edərək bu istiqamətdə görülən tədbirlərdən danışıb, təkliflərini səsləndiriblər.

Xatırladaq ki, 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə iyunun 25-də Baş Nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun rəhbərliyi ilə “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn tədbir keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.