CƏMİYYƏT


Narkomanlıqla mübarizəyə dair əlavə sosial lövhələrin quraşdırılması işləri davam etdirilir

Bakı, 17 avqust, AZƏRTAC

Narkomanlıqla mübarizəyə dair əlavə sosial lövhələrin quraşdırılması işləri davam etdirilir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 300x600 santimetr ölçüdə lövhələr 2017-ci ilin avqust ayı ərzində Bakı üzrə daha beş küçədə quraşdırılıb.

Lövhələr Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar ictimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirmək məqsədilə hazırlanıb. Cari il ərzində sosial layihə çərçivəsində, ümumilikdə, 60 lövhənin yerləşdirilməsi təmin edilib.

Məqsəd narkomaniyanın doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə məlumat verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.