REGİONLAR


Narkotik istifadə edən taksi sürücüsü və sərnişin saxlanılıb

Zaqatala, 19 yanvar, AZƏRTAC

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan rayonun Aşağı Tala kənd sakini Elman Datayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilin sürücüsü nəzarət-yoxlama qaydasında saxlanılıb. Sürücü və nəqliyyat vasitəsində olan sərnişin Aydın Ağayevdə sərxoşluq əlamətləri hiss edildiyindən onlar şöbəyə gətirilib. Hər iki şəxsə təyin edilən ekspertizanın rəyinə əsasən onların marixuana qəbul etdikləri məlum olub.

Digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan Elman Datayev və sərnişin Aydın Ağayev barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.