Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Narkotik vasitələri inyeksiya şəklində qəbul edənlər təhlükəli infeksiyaları özlərinə yoluxdura bilirlər

Narkotik vasitələri inyeksiya şəklində qəbul edənlər təhlükəli infeksiyaları özlərinə yoluxdura bilirlər

Bakı, 24 yanvar, AZƏRTAC

Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir. O, həmçinin insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, o cümlədən cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya elə bir sosial bəladır ki, insanları tədricən məhv edir və günbəgün ölümə sürükləyir.

Narkotik vasitələrdən bir və ya bir neçə dəfə istifadə etməklə ondan asılılıq yaranır. Tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. Həmin bəladan xilas olmaq istifadəçilərin çox az qisminə qismət olur. Narkotikə qurşananların əksəriyyəti isə bu bataqlıqda məhv olub gedirlər. Narkotik vasitəni daim qəbul edən birinin bədəninin tələb etdiyi vaxtda onu tapa bilməməsi həmin şəxsdə psixoloji gərginlik yaradır. O, narkotik vasitəni tapmaq üçün imkanlar axtarmağa vadar olur. Bu zaman özündən asılı olmayaraq hətta hər növ alçalmaq, iyrənc hərəkət etmək məcburiyyətində qalır.

Təəssüflə qeyd olunmalıdır ki, son illər bütün dünyada narkotik istifadəçilərinin yaş həddində cavanlaşma müşahidə edilir. Bu qlobal bəladan daha çox 18-25 yaş arası gənclərin əziyyət çəkdiyini nəzərə alsaq, narkotik vasitələrə meyilli yeniyetmələrin vaxtında aşkar edilərək müalicəyə cəlb olunması, narkotik vasitələrin doğurduğu fəsadlar haqqında onları vaxtında məlumatlandırmaq mühüm məsələlərdəndir.

AZƏRTAC xəbər verir ki, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Turan Əhmədovun sözlərinə görə, mərkəzə müraciət edən narkotik istifadəçilərinin yaşı adətən 20-dən yuxarıdır. Lakin anamnestik məlumatlar toplanarkən məlum olur ki, həmin şəxslər narkotik vasitə istifadəsinə məktəb illərindən başlayıblar.

Narkotik vasitələrin törətdiyi fəsadlardan və baş verən ölüm hallarından danışan mütəxəssis deyib: “Sırf narkotikin təsirindən insan orqanizmində ən çox psixi pozuntu halları baş verir. Belə hallar son vaxtlar metamfetamin istifadəçiləri arasında daha çox müşahidə olunur. Çünki sintetik tərkibli bir narkotik vasitə olduğu üçün daha tez psixi pozuntular yaradır. Bu da təbii ki, baş beyində sinir sisteminin müəyyən pozuntularına səbəb olur və şəxsin müalicəsini daha da çətinləşdirir. Bədənə daxil olan yad maddə böyrəkdən süzüldüyü üçün böyrəklərə də təsirsiz ötüşmür. İntoksikasiya verdiyi üçün qaraciyərə toksiki təsir göstərir. Hətta qaraciyərin seroz xəstəliyinə gətirib çıxara bilər. Qan dövranına infeksiya saldıqda onun vasitəsilə həmin infeksiya bütün orqanlara yayıla bilər. Xəstənin periferiya, yəni ürəkdən uzaq nöqtələrində, ayaq damarlarında qidalanmalar pozulduğu üçün orada nekroz hadisəsi müşahidə olunur və gec-tez xəstənin ətrafının hansısa səviyyədə itirilməsi ilə nəticələnir. Əsasən inyeksiya şəklində narkotik vasitə qəbul edənlər təhlükəli infeksiyaları özlərinə yoluxdura bilirlər ki, bu da digər tərəfdən somatik xəstəliklərə səbəb olur. Bundan əlavə, inyeksiya şəklində istifadə olunan narkotik vasitələr damarlarda müəyyən pozuntular yaradır. Qan dövranının kəskin şəkildə həmin ətraflara vurması nəticəsində tromboz xəstəliyi yaranır və həmin ətraflarda qidalanma pozulduğu üçün onların amputasiyasına səbəb olur. Bununla yanaşı, digər infeksiyalar da qaçılmaz olur. Əksər hallarda bir şprisdən bir neçə nəfər istifadə etdiyinə görə onlardan birində olan infeksiyanın digərinə keçmə ehtimalı artır. Nəticədə özləri də bilmədən həm həmin infeksiyaya yoluxmuş olurlar, həm də ümumi infeksiyanın yayılmasına şərait yaradırlar. Bu da gələcəkdə orqanizmdə digər fəsadlara səbəb olur. Narkotik vasitə istifadəçilərinin həyatlarını itirməsinin əsas səbəbi isə doza həddinin aşılmasıdır. Hər hansı bir narkotik vasitə, psixotrop maddənin, o cümlədən alkoqollu içkinin doza həddinin kəskin aşılması nəticəsində güclü intoksikasiya baş verdiyi üçün ölüm halı müşahidə olunur”.

Həkim-narkoloq bildirib ki, narkotik vasitə bəlasına düçar olmayanlar doğmalarını, əzizlərini itirdikdə daha çox kədərlənirsə, narkotik istifadəçilərində həmin hiss az müşahidə olunur: “Çünki həmin vaxt o, narkotik asılılığından əziyyət çəkirsə, baş vermiş hadisənin fərqinə belə vara bilmir. Onlar, ümumiyyətlə kövrəlmir, sevinc hissini tam şəkildə yaşaya bilmirlər. Tədricən onlarda depressiya halı da yaranır. Həmin şəxslər ətraflarında olan xoş hadisəyə də sevinəcək halda olmurlar. Təəssüf ki, narkotikin fəsadlarından əziyyət çəkən ağır xəstələrimiz var. Psixi pozuntu baxımından da ağır xəstələrlə qarşılaşırıq. Hansı ki, onlar narkotikin təsiri altında öz yaxınlarını belə xatırlamaz halda olurlar. Belə hallar alkoqolizmdə də, narkomaniyada da müşahidə olunur. Uzun müddət istifadə edəndə psixi pozuntunun dərinliyindən asılı olaraq xəstə hətta öz övladını, həyat yoldaşını belə tanımaya bilir. Belə hallar ağır qiymətləndirilir”.

T.Əhmədovun sözlərinə görə, alkoqol istifadəçilərinin zahiri görkəmində müəyyən əlamətlər üzə çıxır. Yəni, onların üz nahiyələrində tibbi dildə hiperemiya adlandırılan qızartı hiss olunur. Psixiatr, həkim-narkoloq həmin şəxsləri kabinetə daxil olan kimi tanıya bilir. Narkotik istifadəçilərində də bu hal yaranır. Adətən onların dərisində selikli qişalarda solğunluq, xırdaölçülü yaralar yaranır. Həmin şəxslər psixostimulyatorlar, metamfetamin istifadəsi zamanı yaranan psixi pozuntular nəticəsində dəridə və dərialtı nahiyədə müəyyən qaşınma hiss edirlər. Hətta bəzi xəstələr dərilərinin altında sanki qurd gəzirmiş kimi bir hiss keçirdirlər. Həmin nahiyələri qaşıdıqca orada xırdaölçülü yaralar yaranır. Üz nahiyəsində də belə yaralara rast gəlinir. Narkotik vasitəni boyun nahiyəsində səthi venalarda inyeksiya şəklində istifadə edəndə venaətrafı toxumalarda da iltihab müşahidə olunur.

Narkotik asılılığının müalicəsindən danışan həkim-narkoloq qeyd edib ki, azyaşlılar, 25 yaşadək gənclər müalicəyə qarşı bir qədər həssas olurlar. Bu da onların sosial mühitindən, ətrafından, iş yeri olub-olmamasından, ailə vəziyyətindən, təhsilindən, əmək qabiliyyətindən asılıdır: “Narkotik asılılığından əziyyət çəkənlərin müalicəsində ilkin mərhələdə müəyyən dərman preparatlarının təyini vacibdir. Onlarda somatik cəhətdən vegetativ pozuntular yaranır. Müalicədən sonra həmin şəxslər könüllü olaraq psixoloqlarla, sosial işçilərlə davamlı əlaqədə olub sağlamlıqlarına qovuşmalarını tezləşdirə bilərlər. Bu, həmçinin onların xəstəxanadan çıxdıqdan sonra boşluğa düşməmələri üçün də əhəmiyyətlidir. Müşahidələrə görə, psixoloqlarla davamlı görüşlər yaxşı nəticələr verir. Məsləhət görərdim ki, həmin şəxslər stasionar müalicədən sonra mütləq qaydada reabilitoloqlara, psixoloqlara müraciət etsinlər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “ABBOT” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub VİDEO

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib