CƏMİYYƏT


Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir

Bakı, 15 iyun, AZƏRTAC 

Daxili işlər orqanları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olan məlumat əsasında Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini S.Hüseynovdan 2 kiloqram 95,74 qram marixuana götürülüb.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bayramovdan 27,04 qram tiryək və 1,25 qram heroin aşkarlanıb.

Onun evinə baxış zamanı əlavə olaraq 459,82 qram tiryək və 0,31 qram heroin aşkar edilərək götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Cəlilabad şəhər sakinləri olan R.Məmmədovdan 2,15 qram heroin və 470 qram marixuana, K.Haxıyevdən 465 qram və F.Niftullayevdən 485 qram marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.