REGİONLAR
Narkotik maddələrin yetişdirilməsi və alqı-satqısı ilə məşğul olan Cəlilabad sakini saxlanılıb
Cəlilabad, 11 iyul, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininin həyətindən çətənə kolları, evindən isə qurudulmuş marixuana və digər narkotik vasitələr aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında rayonun Göytəpə şəhər sakini, əvvəllər məhkum edilmiş Əmrah Zülfüqarovun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçiriblər.
Baxış zamanı Ə.Zülfüqarovun həyətyanı sahəsindən və evindən 24 çətənə kolu, 2 kiloqram 131 qram qurudulmuş maixuana, həmçinin çətənə tumları, heroin, narkotik vasitələrin alğı-satqısında istifadə edilən tərəzi və qurudulmuş marixuananı istifadəyə hazırlamaq üçün xüsusi aparat aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]